Şuşa Musiqili Dram Teatrı
festivaldan qayıdıb
Şuşa Dövlət Musiqili
Dram Teatrı iyunun 4-dən 7-dək Tatarıstanın Kazan
şəhərində keçirilən türkdilli
xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında iştirak
edib.
10-dan artıq ölkənin
teatrlarını bir araya gətirən festivalda 27 tamaşa
oynanılıb. Şuşa teatrı sənət bayramında
Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran”
tamaşası ilə çıxış edib.
Tamaşa böyük rəğbətlə
qarşılanıb. Rusiya və Macarıstandan olan teatr tənqidçiləri
tamaşanı professional rejissor yozumu ilə seçilən səhnə
əsəri kimi qiymətləndiriblər. Tamaşanın
quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov,
quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı
Azad Məmmədovdur. Rolları əməkdar artistlər
İqrar Salamov, Şükufə Musayeva, aktyorlar Püstəxanım
Zeynalova, Aybəniz Əhmədova, Azad Məmmədov və
başqaları ifa edirlər.
Mədəniyyət.- 2013.- 14 iyun.-
S. 4.